Parking və giriş nəzarəti
Parking sistemləri və şlaqbaum quraşdırılması Bakıda
Yaşayış kompleksləri, biznes mərkəzləri və ticarət obyektləri üçün şlaqbaum, ANPR nömrə tanıma, biletsiz parking, yer naviqasiyası və ödəniş stansiyalarını layihələndirir, quraşdırır və texniki xidmətdə saxlayırıq. Sea Breeze Resort-un bütün ərazisində biletsiz parking sistemi bizim işimizdir.
- Keytop və Hikvision avadanlığı
- Layihə, quraşdırma, texniki xidmət
- Şlaqbaumdan tam parkinqə qədər

Parking sisteminin tərkibi
Sistem obyektin ölçüsünə görə yığılır: kiçik həyət üçün bir şlaqbaum və pult kifayətdir, ticarət mərkəzi üçün nömrə tanıma, ödəniş və yer naviqasiyası birlikdə işləyir. Hər komponenti ayrıca da quraşdırırıq.
Şlaqbaum
Avtomatik və elektron şlaqbaumlar; pult, kart və ya nömrə ilə açılma. Həyət, ofis və ticarət parkinqləri üçün. Köhnə şlaqbaumların təmiri və dəyişdirilməsi.
ANPR nömrə tanıma
Kamera avtomobilin nömrəsini oxuyur, icazəli nömrələr dayanmadan keçir. Sakin, işçi və qonaq rejimləri, hesabatlar.
Biletsiz parking
Giriş-çıxış nömrə ilə qeydə alınır, ödəniş terminalda və ya tətbiqdə. Kağız bilet, itirilmiş kart və növbə problemi yoxdur.
Yer naviqasiyası
Ultrasəs sensorlar hər yerin boş və ya dolu olduğunu göstərir, LED tablolar sürücünü yönləndirir. Mərkəzi proqramda dolma statistikası.
Hansı obyektlər üçün
Yaşayış kompleksləri (sakin və qonaq rejimi), biznes mərkəzləri (abunə və saatlıq), ticarət mərkəzləri və otellər (ödənişli parking), müəssisə həyətləri (nəzarət və hesabat). Yeraltı parkinqlərdə sistemi karbon monoksid detektorları və ventilyasiya ilə birləşdiririk.
- Yaşayış kompleksləri və həyətlər
- Biznes mərkəzləri və ofis binaları
- Ticarət mərkəzləri və otellər
- Yeraltı və çoxmərtəbəli parkinqlər
- Müəssisə və anbar həyətləri
İşin gedişi
Obyektə gəlib giriş-çıxış nöqtələrini, kabel yollarını və elektrik təchizatını yerində qiymətləndiririk. Sonra sxem və avadanlıq siyahısı ilə təklif hazırlayırıq. Quraşdırmadan sonra sistemi sınaqdan keçirir, idarəetmə proqramında rejimləri qurur və istifadəçiləri öyrədirik. Texniki xidmət müqaviləsi ilə şlaqbaumların və kameraların dövri yoxlanışını, nasazlıq çağırışlarını üzərimizə götürürük.
Layihələr
Bu sistemi quraşdırdığımız layihələr
Bu sistemdə işlətdiyimiz brendlər

- Hikvision
Tez-tez verilən suallar
Bu xidmət haqqında suallar
Əlaqə
Parkinqinizə pulsuz baxış
Obyektə gəlib keçid nöqtələrini və kabel yollarını yerində qiymətləndiririk, sonra təklif hazırlayırıq.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · fövqəladə hallar 7/24



