Yanğın siqnalizasiyası

Bakıda yanğın siqnalizasiyası sistemlərinin quraşdırılması

Safety Solutions Group MMC Bakıda və regionlarda yanğın siqnalizasiyası sistemlərini layihələndirir, avadanlığı satır, quraşdırır və texniki xidmət göstərir. Şirkət 2017-ci ildən fəaliyyət göstərir və Fövqəladə Hallar Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin lisenziyasına malikdir. Layihə üçün lazım olan sənədləri biz hazırlayırıq, obyektə baxış pulsuzdur.

  • FHN + İqtisadiyyat Nazirliyi lisenziyası
  • Layihə və sənədlər daxil
  • Quraşdırmadan sonra texniki xidmət
  • Safety Solutions tərəfindən quraşdırılmış Codesec yanğın siqnalizasiyası paneli
  • Divara quraşdırılmış DMTech yanğın siqnalizasiyası paneli
  • Tavanda quraşdırılmış tüstü detektoru
  • Dəhlizdə quraşdırılmış əl ilə xəbərdarlıq düyməsi

Sistemin tərkib hissələri

Yanğın siqnalizasiyası sistemi bir neçə hissədən ibarətdir və hamısını bir yerdən təmin edirik. Avadanlığı Bakıdakı showroomumuzda görmək olar.

İdarəetmə paneli

Sistemin mərkəzi: detektorlardan gələn siqnalı qəbul edir, xəbərdarlığı işə salır və baş verənləri yaddaşda saxlayır. Obyektin ölçüsünə görə konvensional və ya ünvanlı panel seçilir.

Tüstü və istilik detektorları

Tavanda quraşdırılır, tüstünü və ya temperaturun kəskin artımını aşkarlayır. Otağın təyinatına görə detektor tipi və sayı layihədə müəyyən olunur.

Əl ilə xəbərdarlıq düymələri

Çıxış yolları və dəhlizlərdə quraşdırılan qırmızı düymələr. İnsan yanğını detektordan əvvəl görərsə, sistemi əl ilə işə salır.

Sirena və işıq siqnalları

Səs və işıqla xəbərdarlıq edən cihazlar. Səs-küylü istehsalat sahələri üçün işıqlı siqnal, ofislər üçün sirena kifayət edir.

İşin gedişi: layihədən texniki xidmətə

Əvvəlcə obyektə baxırıq və layihə hazırlayırıq; lazım olan sənədləri biz tərtib edirik. Sonra avadanlığı gətirib quraşdırırıq, sistemi sınaqdan keçiririk və istismara veririk. Quraşdırmadan sonra sistemi daimi işlək vəziyyətdə saxlamaq üçün texniki xidmət göstəririk. Eyni komanda avtomatik yanğınsöndürmə (sulu, qazlı, köpüklü), tüstüsovurma və mühafizə siqnalizasiyası sistemlərini də quraşdırır.

Hansı obyektlər üçün

Ofislər və biznes mərkəzləri, mağazalar və ticarət mərkəzləri, yaşayış kompleksləri, istehsalat və anbarlar, təhsil və dövlət obyektləri. 2017-ci ildən şirkət Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Boulevard Residence, ZARA və Massimo Dutti mağazaları kimi obyektlərdə təhlükəsizlik sistemləri quraşdırıb.

Necə başlamaq olar

Zəng edin və ya WhatsApp-da yazın. Obyektə pulsuz baxış keçirir, sistemin tərkibini və qiymətini göstərən təklif hazırlayırıq. Razılaşdıqdan sonra layihə, quraşdırma və istismara vermə mərhələlərini biz aparırıq.

Pulsuz qiymətləndirmə üçün əlaqə

Obyektinizi pulsuz qiymətləndirir, uyğun həlli və təklifi hazırlayırıq.

FHN və İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyalı şirkət · 2017-ci ildən · 7/24 fövqəladə dəstək