Safety SolutionsGroup

Su ilə yanğınsöndürmə

Avtomatik yanğınsöndürmə sistemləri: sprinkler, nasos stansiyaları, hidrantlar

Yaşayış kompleksləri, ticarət mərkəzləri, anbarlar, parkinqlər və istehsalat sahələri üçün su ilə avtomatik yanğınsöndürmə sistemlərini layihələndirir, quraşdırır və texniki xidmətdə saxlayırıq: sprinkler şəbəkələri (yaş, quru, deluge, pre-action), su dumanı, yanğın nasos stansiyaları, daxili və xarici hidrantlar. Layihə FHN ilə razılaşdırılır, avadanlıq sertifikatlıdır.

  • 4 sprinkler tipi + su dumanı
  • Nasos stansiyaları və hidrantlar
  • FHN ilə razılaşdırma
  • Olimpiya Stadionunda su dumanı sistemi
Yanğın nasos stansiyası: nasoslar və idarəetmə şkafı
  • Yanğın nasos stansiyası: nasoslar və idarəetmə şkafı
  • Nasos stansiyasının boru kəmərləri və siyirtmələri
  • Sprinkler başlıqlarının növləri: nümunə stendi
  • Xarici yanğın hidrantı obyektin ərazisində

Sprinkler sistemlərinin növləri

Sprinkler başlığı yalnız istilik ona çatanda açılır, yəni su yalnız yanğın olan yerə verilir. Sistemin tipi otağın temperaturuna, yanğın yükünə və yalançı işə düşmənin nə qədər kritik olduğuna görə seçilir.

  • Yaş sistem

    Borular daim su ilə doludur, başlıq açılan kimi su axır. Ən sadə və ən çox istifadə olunan tip: ofislər, ticarət mərkəzləri, yaşayış binaları, isidilən anbarlar.

  • Quru sistem

    Borularda sıxılmış hava və ya azot var, su klapandan sonra gəlir. Donma riski olan yerlər üçün: isidilməyən anbarlar, açıq parkinqlər, soyuducu kameralar.

  • Deluge sistemi

    Başlıqlar açıqdır, klapan yanğın siqnalizasiyası ilə açılır və bütün zonaya su verilir. Sürətlə yayılan yanğın riski: transformator, yanacaq, kimyəvi anbarlar.

  • Pre-action sistemi

    Su yalnız detektor və başlıq eyni vaxtda işə düşəndə verilir: yalançı boşalma riski minimuma enir. Server otaqları, arxivlər, muzeylər.

Su dumanı sistemləri

Su yüksək təzyiqlə çox xırda damcılara çevrilir: az su ilə istilik sürətlə alınır və oksigen məhdudlaşır. İnsanların çox olduğu böyük sahələr və su itkisinin az olması vacib olan yerlər üçün. Bakı Olimpiya Stadionunda su dumanı və FM-200 sistemlərini quraşdırmışıq və dövri xidmətdə saxlayırıq.

Yanğın nasos stansiyaları və hidrantlar

Sprinkler və hidrant şəbəkəsinə lazımi təzyiq və sərfi nasos stansiyası verir: əsas elektrik nasos, ehtiyat (dizel və ya ikinci elektrik) nasos, jokey nasos, idarəetmə şkafı, siyirtmələr və klapanlar. Daxili hidrantlar (yanğın kranları) mərtəbələrdə, xarici hidrantlar ərazidə quraşdırılır. Turkuaz Pompa, Kızılkaya, Armaş, Shield və Duyar avadanlığı ilə işləyirik.

  • Nasos stansiyasının hesablanması və quraşdırılması
  • Boru kəmərləri, siyirtmələr, klapanlar
  • Daxili yanğın kranları və şkafları
  • Xarici hidrantlar və su anbarı ilə bağlantı

Hansı obyektlər üçün

Yaşayış kompleksləri və çoxmərtəbəli binalar, ticarət mərkəzləri və otellər, anbarlar və logistika mərkəzləri, yeraltı və çoxmərtəbəli parkinqlər, istehsalat sahələri, stadionlar və ictimai binalar. Tikinti şirkətləri və fit-out podratçıları üçün layihə mərhələsindən başlayaraq işləyirik.

İşin gedişi

Obyektə baxış və ya layihə sənədlərinin təhlili, yanğın yükünə görə sistem tipinin seçimi, hidravlik hesabat, FHN ilə razılaşdırma, avadanlığın təchizatı, quraşdırma və təzyiq sınağı, istismara vermə aktı. Sonra illik müqavilə ilə nasosların, klapanların və başlıqların dövri yoxlanışı.

Layihələr

Bu sistemi quraşdırdığımız layihələr

Bu sistemdə işlətdiyimiz brendlər

Tez-tez verilən suallar

Bu xidmət haqqında suallar

İsidilən anbar üçün yaş sistem, isidilməyən və ya soyuq anbar üçün quru sistem. Yüksək rəflər və yanar mallar üçün xüsusi başlıqlar və sıxlıq hesablanır. Dəqiq cavab yanğın yükü və rəf hündürlüyü ilə müəyyən olunur.

Əlaqə

Layihəniz üçün pulsuz hesablama

Obyektin planını göndərin və ya baxış üçün vaxt təyin edək: sistem tipini, nasos stansiyasını və təklifi hazırlayırıq.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · fövqəladə hallar 7/24

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp