Safety SolutionsGroup

İllik texniki xidmət (AMC)

Yanğın və təhlükəsizlik sistemlərinə texniki xidmət müqaviləsi

Quraşdırılan sistem yalnız düzgün xidmət olunanda işləyir. Yanğın siqnalizasiyası, qazlı və sprinkler söndürmə, kameralar, parking, səsli xəbərdarlıq və digər sistemlər üçün illik texniki xidmət müqaviləsi bağlayırıq: dövri yoxlamalar, detektorların təmizlənməsi, batareyaların və ehtiyat hissələrin dəyişdirilməsi, 7/24 nasazlıq çağırışı və FHN yoxlamaları üçün sənədlər. Sea Breeze Resort, SOCAR Tower, Bakı Olimpiya Stadionu və Araz mağaza şəbəkəsi bizim xidmətimizdədir.

  • Dövri yoxlama qrafiki
  • 7/24 nasazlıq çağırışı
  • FHN üçün sənədləşmə
  • Başqalarının quraşdırdığı sistemlər də
Texnik yanğın siqnalizasiya panelini multimetrlə yoxlayır
  • Texnik yanğın siqnalizasiya panelini multimetrlə yoxlayır
  • Texnik siqnalizasiya panelinə xidmət göstərir

Müqaviləyə nə daxildir

Sistem tipinə görə tərtib olunan yoxlama qrafiki, planlı yoxlamalar və sınaqlar, detektorların təmizlənməsi, batareyaların dəyişdirilməsi, balonların təzyiq və çəki yoxlaması, proqram yenilənməsi, nasazlıq çağırışları, ehtiyat hissələr, yoxlama aktları və FHN üçün sənədlər.

  • Yanğın siqnalizasiyası: panel, detektorlar, düymələr, sirenalar
  • Qazlı söndürmə: balonlar, detektorlar, boşalma dövrəsi
  • Sprinkler və nasoslar: klapanlar, təzyiq, nasos sınağı
  • Kamera, parking, giriş nəzarəti: avadanlıq və proqram

Başqa podratçının quraşdırdığı sistemlər

Sistemi kimin quraşdırdığından asılı olmayaraq xidmətə götürürük: əvvəlcə obyektə baxıb sistemin vəziyyətini sənədləşdirir, lazım gələrsə yeniləmə təklif edirik, sonra qrafik üzrə xidmət başlayır.

Kimlər üçün

Bina sahibləri və idarəedici şirkətlər, ofislər, ticarət şəbəkələri, otellər, sənaye və dövlət obyektləri.

Tez-tez verilən suallar

Bu xidmət haqqında suallar

Sistem tipinə və normalara görə: bəzi yoxlamalar aylıq və rüblük, tam sınaq illikdir. Qrafik müqavilədə göstərilir və aktlarla sənədləşdirilir.

Əlaqə

Obyektinizə pulsuz baxış üçün yazın

Obyektə gəlib tələbləri yerində müəyyən edirik, sonra layihə və təklif hazırlayırıq. Bir iş günü ərzində cavab veririk.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · fövqəladə hallar 7/24

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp