Safety SolutionsGroup

Otel sistemləri

Housekeeping sistemləri otellər üçün

Housekeeping sistemi otaqların vəziyyəti barədə məlumatı qonaq, xidmət heyəti və resepşn arasında əlaqələndirir. Otellər üçün otaq qapısı panellərini («Narahat etməyin», «Otağı təmizləyin»), kart açarı ilə işləyən enerji qənaəti bloklarını və housekeeping proqram təminatını quraşdırır, proqramı otelin idarəetmə sistemi (PMS) ilə əlaqələndiririk. Locstar avadanlığı ilə işləyirik.

  • Otaq qapısı panelləri
  • Kart açarı ilə enerji qənaəti
  • PMS ilə əlaqə
Locstar otel həlləri: elektron qapı kilidləri, otaq panelləri və otaq avadanlığı (istehsalçının banneri)
təsis ili
2017
tamamlanmış layihə
500+
müştəri
200+

Nə quraşdırırıq

Avadanlıq hər otaqda, proqram isə resepşndə və xidmət heyətinin iş yerlərində işləyir.

  • Otaq qapısı panelləri

    Qonaq otaqdan «Narahat etməyin» və ya «Otağı təmizləyin» düyməsini basır, dəhlizdəki panel bunu göstərir.

  • Enerji qənaəti bloku

    Kart açarı yuvaya qoyulanda otağın elektrik təchizatı qoşulur, qonaq çıxanda kəsilir.

  • Housekeeping proqramı

    Otaqların statusunu göstərir, təmizlik tapşırıqlarını əməkdaşlar arasında bölür.

  • PMS ilə əlaqə

    Otaq statusu otelin idarəetmə sistemində də görünür: resepşn hansı otağın hazır olduğunu bilir.

Proqramın əsas funksiyaları

Proqram təmizlik və xidmət işlərini kağız cədvəllər əvəzinə bir ekranda toplayır.

  • Otaqların təmizliyinə nəzarət və statusun müəyyən edilməsi
  • Təmizlik işlərinin planlaşdırılması
  • Tapşırıqların əməkdaşlar arasında bölüşdürülməsi
  • Texniki nasazlıqların bildirilməsi
  • İtmiş və tapılmış əşyaların qeydiyyatı
  • Təmizlik vasitələrinin və inventarın uçotu
  • Qonaqların xüsusi istəklərinin qeydə alınması

Otaq statusları

Proqramda hər otağın vəziyyəti otelçilikdə qəbul olunmuş qısaltmalarla göstərilir.

  • VC (Vacant Clean)

    Boş və təmiz otaq.

  • VD (Vacant Dirty)

    Boş, təmizlənməli otaq.

  • OC (Occupied Clean)

    Qonağın qaldığı təmiz otaq.

  • OD (Occupied Dirty)

    Qonağın qaldığı, təmizlənməli otaq.

  • OOO (Out of Order)

    İstifadəyə yararsız otaq.

  • OOS (Out of Service)

    Müvəqqəti xidmətdən çıxarılmış otaq.

Otelə nə verir

Sistem xidmət heyətinin işini qısaldır və qonağın otağa girişini sürətləndirir.

  • Vaxta qənaət
  • Xidmət heyətinin işinin asanlaşması
  • İnsan səhvlərinin azalması
  • Otaqların daha tez təhvil verilməsi
  • Elektrik enerjisinə qənaət

Bu sistemdə işlətdiyimiz brendlər

Necə keçir

Sorğudan texniki xidmətə qədər beş addım

  1. 1

    Obyektə baxış

    Pulsuz. Tələbləri, kabel xətlərini və mövcud sistemləri yerində qiymətləndiririk.

  2. 2

    Layihə və təklif

    Sxemi, avadanlıq siyahısını və qiymət təklifini 1–3 iş günü ərzində hazırlayırıq; tələb olunduqda layihəni FHN ilə razılaşdırırıq.

  3. 3

    Quraşdırma

    Quraşdırmanı öz texniki komandamız obyektin iş qrafikinə uyğun aparır.

  4. 4

    Sınaq və təhvil

    Sistemi sınaqdan keçirir, istifadəçilərə işləmə qaydasını izah edir, təhvil-təslim aktını və sənədləri təqdim edirik.

  5. 5

    Texniki xidmət

    Quraşdırma işlərinə 6–12 ay zəmanət veririk. İllik müqavilə ilə dövri yoxlamalar aparır, nasazlıq zamanı obyektə gəlirik.

Tez-tez verilən suallar

Bu xidmət haqqında suallar

Bəli. Otaq panelləri, enerji qənaəti bloku və kart kilidləri eyni kartla işləyə bilir; hamısını bir layihədə quraşdırırıq.

Əlaqə

Obyektinizə pulsuz baxış üçün yazın

Obyektə gəlib tələbləri yerində müəyyən edirik, sonra layihə və təklif hazırlayırıq. Bir iş günü ərzində cavab veririk.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış

Gürcüstan

Gzatkecili 15km, Rustavi

+995 593 10 33 36

info@safetysolutions.ge

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp