Girişə nəzarət
Kart keçid sistemləri
Kart keçid sistemi qapıdan kimin və nə vaxt keçə biləcəyini elektron kartla idarə edir. Ofislər, müəssisələr, otellər və yaşayış kompleksləri üçün kart keçid sistemlərini layihələndirir, quraşdırır və texniki xidmət göstəririk. Sistem video-müşahidə, turniket və domofonla birlikdə işləyə bilir.
- RFID, MIFARE və mobil keçid
- Giriş-çıxış tarixçəsi
- Turniket və kamera ilə inteqrasiya

- təsis ili
- 2017
- tamamlanmış layihə
- 500+
- müştəri
- 200+
Kart keçid sistemlərinin növləri
Kartın və oxuyucunun tipi obyektin təhlükəsizlik tələbinə və istifadəçi sayına görə seçilir.
RFID sistemləri
Radiotezlikli kart və ya brelok oxuyucuya yaxınlaşdırılır.
MIFARE sistemləri
13,56 MHs tezliyində işləyən kartlar.
Proximity sistemləri
Kart oxuyucuya toxunmadan, yaxın məsafədən oxunur.
Smart kart sistemləri
Daha yüksək təhlükəsizlik tələb olunan obyektlər üçün ağıllı kartlar.
Mobil keçid
Kart əvəzinə telefon: NFC və ya mobil tətbiqlə giriş.
Sistemin əsas avadanlıqları
Hər qapı üçün oxuyucu və kilid, bir və ya bir neçə qapı üçün isə kontroller quraşdırılır.
Kart oxuyucu
Kartı tanıyır və məlumatı kontrollerə ötürür.
Kart və brelok
İstifadəçini tanıtmaq üçündür; hər kartın öz icazələri olur.
Kontroller
Kartın icazəsini yoxlayır və qapını açmaq əmrini verir.
Elektromaqnit kilid
Qapını bağlı saxlayır, icazə veriləndə açır.
Sistem necə işləyir
Keçid bir neçə saniyə çəkir və hər addım sistemdə qeyd olunur.
- İstifadəçi kartı oxuyucuya yaxınlaşdırır.
- Oxuyucu kartın məlumatını qəbul edir.
- Kontroller məlumatı bazadakı icazələrlə müqayisə edir.
- İcazə varsa, kilid açılır.
- Giriş hadisəsi vaxtı ilə birlikdə sistemdə qeyd olunur.
Əlavə imkanlar
Kart keçid sistemi yalnız qapını açmır, obyektdə hərəkətin uçotunu da aparır.
- İşçilərin davamiyyətinin uçotu
- Giriş-çıxış tarixçəsinin saxlanılması
- Vaxta görə məhdudlaşdırılmış giriş icazələri
- Bir neçə qapının bir mərkəzdən idarə olunması
- Video-müşahidə sistemi ilə inteqrasiya
- Turniketin və liftin idarə olunması
Hansı obyektlər üçün
Girişi məhdudlaşdırmaq və ya uçotunu aparmaq lazım olan bütün obyektlər üçün.
- Ofislər və biznes mərkəzləri
- Zavod və fabriklər
- Universitet və məktəblər
- Otellər
- Yaşayış kompleksləri
- Anbar və server otaqları
Standartlar və tələblər
Kart keçid sistemi yanğın siqnalizasiyası ilə əlaqələndirilir: yanğın siqnalı gələndə evakuasiya yollarındakı kilidlər açılır. Bu rejim layihədə nəzərdə tutulur.
Necə keçir
Sorğudan texniki xidmətə qədər beş addım
- 1
Obyektə baxış
Pulsuz. Tələbləri, kabel xətlərini və mövcud sistemləri yerində qiymətləndiririk.
- 2
Layihə və təklif
Sxemi, avadanlıq siyahısını və qiymət təklifini 1–3 iş günü ərzində hazırlayırıq; tələb olunduqda layihəni FHN ilə razılaşdırırıq.
- 3
Quraşdırma
Quraşdırmanı öz texniki komandamız obyektin iş qrafikinə uyğun aparır.
- 4
Sınaq və təhvil
Sistemi sınaqdan keçirir, istifadəçilərə işləmə qaydasını izah edir, təhvil-təslim aktını və sənədləri təqdim edirik.
- 5
Texniki xidmət
Quraşdırma işlərinə 6–12 ay zəmanət veririk. İllik müqavilə ilə dövri yoxlamalar aparır, nasazlıq zamanı obyektə gəlirik.
Tez-tez verilən suallar
Bu xidmət haqqında suallar
Əlaqə
Obyektinizə pulsuz baxış üçün yazın
Obyektə gəlib tələbləri yerində müəyyən edirik, sonra layihə və təklif hazırlayırıq. Bir iş günü ərzində cavab veririk.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış