Elektron növbə
Növbə gözləmə sistemləri: elektron növbə terminalı və çağırış ekranları
Bank filialları, klinikalar, dövlət xidməti mərkəzləri və müştəri xidməti zalları üçün elektron növbə sistemlərini layihələndirir, quraşdırır və texniki xidmət göstəririk. Müştəri terminaldan bilet götürür, növbəsini ekranda izləyir, operator isə növbəti müştərini pultdan çağırır. Randa avadanlığı ilə işləyirik.
- Bilet terminalı və çağırış ekranları
- SMS və mobil bildiriş
- Randa avadanlığı

- təsis ili
- 2017
- tamamlanmış layihə
- 500+
- müştəri
- 200+
Növbə sistemlərinin növləri
Sistemin tipi müştəri axınına və xidmətin necə təşkil olunduğuna görə seçilir. Bir obyektdə bir neçə üsul birlikdə işləyə bilər.
Elektron növbə
Müştəri terminaldan nömrə götürür və növbəsini ekranda izləyir.
Virtual növbə
Müştəri növbəyə mobil telefondan və ya internetdən yazılır, zalda gözləməyə ehtiyac qalmır.
Onlayn qeydiyyat
Qəbul üçün tarix və saat əvvəlcədən seçilir.
Canlı növbə idarəetməsi
Operatorlar müştəriləri sistemdən çağırır və lazım olan pəncərəyə yönləndirir.
Hibrid sistem
Elektron növbə, virtual növbə və əvvəlcədən qeydiyyat bir sistemdə birləşir.
Sistemin tərkibi
Sistem obyektin pəncərə sayına və xidmət növlərinə görə yığılır.
- Növbə bileti çap edən terminal
- Zal üçün çağırış ekranları və səsli elan
- Operator pultu və ya operatorun kompüterindəki proqram
- Mərkəzi idarəetmə proqramı
- SMS və mobil bildiriş modulu
- Statistika və hesabat paneli: gözləmə müddəti, xidmət vaxtı, pəncərələrin yüklənməsi
Hansı obyektlər üçün
Növbə sistemi müştərinin xidmət üçün gözlədiyi hər yerdə işə yarayır.
- Banklar və maliyyə qurumları
- Xəstəxanalar və klinikalar
- Dövlət xidməti mərkəzləri
- Mobil operatorların xidmət mərkəzləri
- Universitetlər və təhsil müəssisələri
- Ticarət və xidmət obyektləri
Xidmətə nə daxildir
Terminaldan proqrama qədər sistemi bir komanda quraşdırır və işə salır.
- Obyektə baxış: pəncərə sayının, xidmət növlərinin və müştəri axınının öyrənilməsi
- Terminalın, ekranların və operator pultlarının təchizatı və quraşdırılması
- Proqramın qurulması: xidmət növləri, pəncərələr, bilet şablonu, elanlar
- Əməkdaşlara istifadə qaydasının izahı
- Texniki xidmət
Bu sistemdə işlətdiyimiz brendlər
Necə keçir
Sorğudan texniki xidmətə qədər beş addım
- 1
Obyektə baxış
Pulsuz. Tələbləri, kabel xətlərini və mövcud sistemləri yerində qiymətləndiririk.
- 2
Layihə və təklif
Sxemi, avadanlıq siyahısını və qiymət təklifini 1–3 iş günü ərzində hazırlayırıq; tələb olunduqda layihəni FHN ilə razılaşdırırıq.
- 3
Quraşdırma
Quraşdırmanı öz texniki komandamız obyektin iş qrafikinə uyğun aparır.
- 4
Sınaq və təhvil
Sistemi sınaqdan keçirir, istifadəçilərə işləmə qaydasını izah edir, təhvil-təslim aktını və sənədləri təqdim edirik.
- 5
Texniki xidmət
Quraşdırma işlərinə 6–12 ay zəmanət veririk. İllik müqavilə ilə dövri yoxlamalar aparır, nasazlıq zamanı obyektə gəlirik.
Tez-tez verilən suallar
Bu xidmət haqqında suallar
Əlaqə
Obyektinizə pulsuz baxış üçün yazın
Obyektə gəlib tələbləri yerində müəyyən edirik, sonra layihə və təklif hazırlayırıq. Bir iş günü ərzində cavab veririk.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış

