Rezidens · Bakı
Four Seasons Residence Baku: CCTV, yanğın siqnalizasiyası, data, TV və internet
Four Seasons Residence Baku Bakıda yaşayış kompleksidir. Burada dörd zəif cərəyan sistemini, video-müşahidə, yanğın siqnalizasiyası, data şəbəkəsi, TV və internet infrastrukturunu quraşdırıb bir mərkəzləşdirilmiş həllə birləşdirmişik və hazırda onlara texniki xidmət göstəririk.
- Obyekt
- Four Seasons Residence Baku
- Status
- Xidmətdə
- Sistemlər
- 4 sistem
- İşin əhatəsi
- Quraşdırma · inteqrasiya · xidmət

Quraşdırılan sistemlər
Quraşdırılan sistemlər
İş haqqında
İşin məzmunu
Yaşayış kompleksində ən çox vaxt və pul itkisi sistemlərin bir-birindən ayrı, fərqli podratçılar tərəfindən çəkilməsindən yaranır: hər biri öz kabel trassasını, öz şkafını, öz texniki otağını tələb edir. Biz ümumi kabel infrastrukturunu bir dəfə layihələndirdik: data, TV, internet və təhlükəsizlik xətləri eyni kanallardan keçir, mərkəzi avadanlıq bir texniki otaqda cəmlənir.
Yanğın siqnalizasiyası kompleksin mərkəzi sistemi kimi qurulub: detektorlar mənzillərdə, dəhlizlərdə və texniki sahələrdə, panel isə mərkəzi otaqda. Video-müşahidə girişləri, həyəti, parkinqi və ümumi zonaları əhatə edir. Bütün sistemlər yanğın təhlükəsizliyi infrastrukturu ilə əlaqələndirilib ki, həyəcan halında idarəetmə bir yerdən aparılsın.
Hazırda bu sistemlərin dövri texniki xidmətini aparırıq: detektorlar və kameralar yoxlanılır, qeydiyyat avadanlığı və şəbəkə vəziyyəti nəzarətdə saxlanılır. Yaşayış kompleksi və ya biznes mərkəzi üçün bütün zəif cərəyan sistemlərini bir podratçıdan sifariş etmək istəyirsinizsə, layihəni göndərin.
Əlaqə
Rezidens üçün inteqrasiya edilmiş həll
Kamera, siqnalizasiya və data infrastrukturunu bir layihədə: obyektə baxış üçün yazın.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · fövqəladə hallar 7/24