Otel · Bakı
Sport Plaza Hotel: video-müşahidə sisteminin quraşdırılması və xidməti
Sport Plaza Hotel Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən dörd ulduzlu otel və apartament kompleksidir. Otelin video-müşahidə sistemini quraşdırmışıq və hazırda ona texniki xidmət göstəririk.
- Obyekt
- Sport Plaza Hotel
- Status
- Xidmətdə
- Sistemlər
- CCTV
- İşin əhatəsi
- Quraşdırma · xidmət

İş haqqında
İşin məzmunu
Otel üçün video-müşahidə iki məqsədə xidmət edir: qonaqların və əmlakın təhlükəsizliyi, hadisə zamanı dəqiq qeyd. Daxili zonalarda (vestibül, dəhlizlər, liftlər, resepşn) və xarici ərazidə (girişlər, parkinq) kameralar quraşdırılıb, görüntü qeydiyyat avadanlığına yazılır və otelin monitorinq nöqtəsində izlənir. Kameralar otelin iş rejiminə uyğun seçilib: zəif işıqda aydın görüntü, geniş baxış bucağı, uzaqdan baxış imkanı.
Otel dayanmadan işlədiyi üçün sistem də dayanmamalıdır. Dövri yoxlamalarda kameraların görüntü keyfiyyəti və fokus, qeydiyyat cihazının disk vəziyyəti və arxiv dərinliyi, şəbəkə və enerji xətləri yoxlanılır; ehtiyac olduqda kameralar təmizlənir və yenidən tənzimlənir.
Nasazlıq halında komandamız operativ gəlir və sistemi bərpa edir. Sistem otel və qonaqlar üçün işlək vəziyyətdə saxlanılır. Otel, hostel və ya yaşayış kompleksi üçün kamera sistemi lazımdırsa, obyektə pulsuz baxışa gəlirik və kamera sayı ilə yerləşməni təklif edirik.
Əlaqə
Otel üçün kamera sistemi
Otel və ya yaşayış kompleksi üçün kamera sayını və NVR-i hesablayaq.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · fövqəladə hallar 7/24