Safety SolutionsGroup

Dövlət obyekti · Dövlət Gömrük Komitəsi

Xanoba gömrük postu: yanğın siqnalizasiyası və mərkəzi monitorinq

Xanoba gömrük postu Xaçmaz rayonunda, Azərbaycan-Rusiya sərhədində yerləşir və Şimal-Cənub nəqliyyat dəhlizinin əsas keçid məntəqələrindəndir; yenidən qurulmuş post 2023-cü ilin martında açılıb və 24 saat işləyir. Dövlət Gömrük Komitəsinin Şimal Regional Baş Gömrük İdarəsinin bu postunda yanğın siqnalizasiyası sistemini quraşdırmışıq; sistem mərkəzi monitorinqə qoşulub və hazırda bizim texniki xidmətimizdədir.

Obyekt
Dövlət Gömrük Komitəsi, Xanoba postu
Status
Xidmətdə
Sistemlər
Yanğın siqnalizasiyası
İşin əhatəsi
Quraşdırma · mərkəzi monitorinq · xidmət
Xanoba gömrük postu

Quraşdırılan sistemlər

Quraşdırılan sistemlər

İş haqqında

İşin məzmunu

Gömrük postu bir bina deyil, bir neçə hektarlıq kompleksdir: inzibati bina, skaner və yoxlama sahələri, idxal-ixrac terminalı, yük anbarları və xidmət binaları. Hər bina üçün ayrı zonalar müəyyən edilib, detektorlar binanın təyinatına görə seçilib: ofis sahələrində tüstü detektorları, anbar və texniki zonalarda hündürlüyə uyğun yerləşmə. Bütün panellər vahid sistemə birləşdirilib.

Sərhəd keçid məntəqəsi dayanmır, ona görə sistem də dayana bilməz. Panellər mərkəzi monitorinqə qoşulub: həyəcan və nasazlıq siqnalları real vaxtda izlənir, cavab tədbirləri dərhal təşkil olunur. Dövlət obyektinə xas sənədləşmə və yoxlama tələbləri nəzərə alınıb.

Hazırda sistemin dövri texniki xidmətini aparırıq: detektorların və xəbərdarlıq cihazlarının yoxlanılması, ehtiyat qidalanmanın testi, rabitə kanallarının nəzarəti, FHN yoxlamaları üçün sənədlər. Dövlət obyekti, terminal və ya logistika mərkəzi üçün yanğın siqnalizasiyası lazımdırsa, layihəni göndərin.

Əlaqə

Dövlət obyekti üçün təklif

Dövlət və ictimai obyektlər üçün siqnalizasiya layihəsi və sənədləşmə: obyektə baxış üçün yazın.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · fövqəladə hallar 7/24

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp