Safety SolutionsGroup

İstehsalat · Azərbaycan

Xırman MMC fabriki: istehsalat üçün CCTV və yanğın siqnalizasiyası

Xırman MMC 1997-ci ildən fəaliyyət göstərən qida istehsalçısıdır: Bakının Binəqədi rayonunda un dəyirmanı və çörək fabriki işləyir. Fabrikin istehsalat sahələri və anbarları üçün video-müşahidə və yanğın siqnalizasiyası sistemlərini quraşdırmışıq və hazırda texniki xidmətini aparırıq.

Obyekt
Xırman MMC
Status
Xidmətdə
Sistemlər
CCTV + yanğın siqnalizasiyası
İşin əhatəsi
Quraşdırma · xidmət
Xırman MMC fabriki

Quraşdırılan sistemlər

Quraşdırılan sistemlər

İş haqqında

İşin məzmunu

Un və taxıl istehsalı yanğın baxımından xüsusi haldır: un tozu havada partlayış təhlükəli qatılığa çata bilir, isti avadanlıq və uzun konveyer xətləri var. Ona görə detektorların tipi sahəyə görə seçilib: tozlu zonalarda istilik detektorları, ofis və köməkçi otaqlarda tüstü detektorları; anbarlarda isə tavan hündürlüyünə uyğun yerləşmə. Sistem obyektin tələblərinə uyğun layihələndirilib və bir panelə inteqrasiya edilib.

Video-müşahidə istehsalat xətlərini, yükləmə sahələrini, anbar girişlərini və ərazini əhatə edir: həm təhlükəsizlik, həm də texnoloji proseslərə nəzarət üçün. Kameralar toz və temperatura davamlı korpuslarda, görüntü qeydiyyat avadanlığına yazılır.

İstehsalatda detektorlar və kameralar adi ofisə nisbətən tez çirklənir, ona görə dövri xidmətdə təmizləmə və yenidən kalibrləmə əsas yer tutur. Hazırda sistemlərin texniki xidmətini aparırıq. Fabrik, sex və ya anbar üçün yanğın və kamera sistemi lazımdırsa, obyektə baxışa gəlirik.

Əlaqə

Fabrik və anbar üçün sistemlər

İstehsalat obyekti üçün kamera və yanğın siqnalizasiyası layihəsi: obyektə baxış üçün yazın.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · fövqəladə hallar 7/24

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp