İdman obyekti · Bakı
Milli Gimnastika Arenasında video-müşahidə sistemi
Milli Gimnastika Arenası Bakıda, Koroğlu metro stansiyasının yaxınlığında yerləşir və 2014-cü ilin aprelində açılıb. 2021-ci ildə arenaya və onun ətrafına 20-dən çox 12 meqapiksellik Hikvision kamera quraşdırmışıq.
- Obyekt
- Milli Gimnastika Arenası
- Status
- Tamamlanıb
- Sistemlər
- IP video-müşahidə (CCTV)
- İşin əhatəsi
- Quraşdırma

İş haqqında
İdman arenasında video-müşahidə
Arena 2015-ci ildə I Avropa Oyunlarına, 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Belə obyektdə yarış günü minlərlə tamaşaçı eyni vaxtda daxil olur və çıxır, ona görə kameralar ilk növbədə girişləri, tamaşaçı axınının keçdiyi yolları və binanın ətrafını göstərməlidir.
12 meqapiksellik kamera geniş sahəni bir kadrda tutur, operator görüntünü böyüdəndə isə detallar itmir. Açıq ərazidə və böyük zallarda bu, daha az kamera ilə eyni sahəni görməyə imkan verir.
Arenada və ətrafında kameralar 2021-ci ildə quraşdırılıb. Stadion, idman zalı və ya tədbir məkanı üçün video-müşahidə lazımdırsa, obyektə pulsuz baxışa gəlirik.
Əlaqə
İdman obyekti üçün kamera sistemi
Arena, stadion və ya idman zalı üçün kamera sayını və yerləşməni hesablayaq.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış